NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı » AzNews.info -Xəbər portalı

NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı – FOTO

NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı


I Avropa Oyunları ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işlər tam sürətlə davam etdirilməkdədir.

Oxu.Az xəbər verir ki, 48 ədəd Məlumat İnformasiya Tablosundan (VMS) əlavə, paytaxtın 8 nöqtəsində yeni tipli Məlumat İnformasiya Tablosu quraşdırılıb.

Belə ki, Ziya Bünyadov prospektində 8, Bakı Dairəvi Yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tipli və ikitərəfli Məlumat İnformasiya Tablosu quraşdırılıb.

Bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, istənilən növ nəqliyyat məlumatını daha dəqiq görüntülərlə əks etdirir.

Yeni tipli Məlumat İnformasiya Tabloları daha kompakt formada hazırlanıb və eyni vaxtda təqvimi, saatı, küləyin sürətini, hava temperaturunu, yoldakı sürət həddini və sxemlər vasitəsilə yolda nəqliyyat hərəkətinin intensivliyini göstərir.

Hazırda yeni quraşdırılan bu tablolar test rejimindədir və yaxın müddətdə tam istifadəyə veriləcəkdir.

Həmçinin, NİİM Lökbatan dairəsi yaxınlığında şəhərə giriş istiqamətində daha bir Məlumat İnformasiya Tablosu (VMS) quraşdırıb. Artıq bu istiqamətdən paytaxta gələn sürücülər bu tablo vasitəsilə şəhərə daxil olmamış yoldakı vəziyyətdən xəbərdar olacaqlar.

NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı
NİİM Bakıda yeni tipli Məlumat İnformasiya Tabloları quraşdırdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *