“Ağıllı” radarlar gəlir – VİDEO
Yollarda sürəti tənzimləmək üçün yeni “ağıllı” radarlar quraşdırılır.
ANS TV-nin məlumatına görə, “ağıllı” radarlar ilk növbədə sürət həddini aşan sürücülərin müəyyənləşdirilməsinə xidmət edəcək.
Artıq ilk belə cihaz Bakı-Ələt yolunun Sahil və Qobustan qəsəbələri ərazisindən keçən hissəsində quraşdırılıb. Qurğu yolun hər iki istiqamətində quraşdırılıb. Hər tərəfdə 2 monitordan ibarət olan cihazlar təkcə gələn maşınların deyil, həm də gedən maşınların sürətlərini ölçür. Adətən sürücülər radarı keçdikdən sonra sürət həddini artırırlar. Bu radarlar isə 200-300 metr məsafədən həm gələn, həm də gedən maşınların sürətini ölçə bilir. Ekranlı radar həm foto, həm də video çəkir. Yeni qurğu qayda pozuntularına qarşı təkzibolunmaz dəlillər ortaya qoyur.
Dövlət Yol Polisi İdarəsindən Day. az saytına bildiriblər ki, yeni radarlar test rejimində çalışır. Onlar aeroport yolunda, Bakı dairəvi yolunda, Bakı- Quba, Bakı-Şamaxı- Yevlax, Bakı- Astara və digər magistral yollarda quraşdırılacaq.
Mənbə:> ANS TV