Məşəlin Bakı səyahəti ilə bağlı bağlanacaq küçə və prospektlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Məşəlin Bakı səyahəti ilə bağlı bağlanacaq küçə və prospektlər

Məşəlin Bakı səyahəti ilə bağlı bağlanacaq küçə və prospektlər


Bakı-2015 Avropa Oyunlarının məşəlinin Bakıya səyahəti ilə bağlı bir sıra küçələr bağlanacaq.

Oxu.Az xəbər verir, 107.7 – “AvtoFM”-in efirində yayımlanan “Dispetçer” verilişində alovun səyahəti proqramı ilə bağlı danışan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, Bakı 2015 I Avropa Oyunlarının məşəlinin Bakıya qayıdışı ilə əlaqədar Bakıda Dənizkənarı Bulvarda tədbir keçiriləcək.

Onun sözlərinə görə, tədbir iyunun 7-si saat 18.00-dan 21.30-a qədər keçiriləcək.

“İyunun 6-sı gecə saat 01:00-dan 03:00-dək və iyun ayının 7-si gecə saat 01:00-dan 04:00-dək Azneft dairəsindən Muzey Mərkəzinədək Neftçilər prospektində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılacaq.

Əsas yol bağlanmaları iyunun 7-si, məşəl Bakıya gətirildiyi gün olacaq. Belə ki, məşəl Bulvarda - Satko bərəsindən Qız Qalasınadək səyahət edəcək və bununla bağlı Neftçilər Prospekti, Azadlıq prospekti və müəyyən küçələrdə nəqliyyatın hərəkəti saat 13:30-dan günün sonunadək məhdudlaşdırılacaq”.

Yol polisi əməkdaşları bağlanacaq yollara qovuşan yollarda hərəkət edən nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək. Bağlanacaq yollarda parklanma səhər saat 8-dən gecə 00.00-dək qadağan olunacaq.

Şəfa Mehmanqızı sürücülərə istifadə edə biləcəkləri alternativ yolları da açıqlayıb.

O bildirib ki, sürücülər iyunun 7-si İpək Yolu şossesi, Bibiheybət yolu, Badamdar yolu, Mikayıl Müşfiq küçəsi, Mətbuat prospekti, Abdulvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, İnşaatçılar prospekti, Bakıxanov prospekti, Səməd Vurğun prospekti, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Nizami küçəsi, 28 May küçəsi, Rəşid Behbudov küçəsindən alternativ yol kimi istifadə edə bilərlər.

Onu da əlavə edək ki, Bakıda məşəl festivalı digər günlərdə - iyunun 8, 9 və 10-da keçiriləcək. İyunun 8-də tədbirlə bağlı yolların bağlanması nəzərdə tutulmayıb. İyunun 9 və 10-u isə qısa müddətlər üçün fasilələrlə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Həmin yollarla bağlı əlavə məlumat daha sonra veriləcək.

İyunun 11-də isə məşəl Olimpiya Stadionuna aparılacaq.

Bakı-2015 Avropa Oyunlarının məşəlinin Bakıya səyahəti ilə bağlı ətraflı məlumatı

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları;
- Dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarında əldə etmək olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *