Məmməd Araz küçəsi bağlanır
Paytaxtda daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata əsasən, bu gün saat 11:30-dan etibarən qeyri-müəyyən vaxta qədər Məmməd Araz küçəsinin (keçmiş Teymur Əliyev küçəsi) Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Mənbə:> Oxu.Az