Bu yol da bağlandı
Bakının daha bir işlək yolu bağlanır.
Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Moskva prospekti kənar yol 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Məhdudiyyət yolda aparılan təmir işləri ilə əlaqədardır.
Sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, paytaxt yollarında müntəzəm olaraq təmir, cizgilənmə işləri aparılır. Son olaraq isə bir necə gün öncə Atatürk prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Ziya Bünyadov prospekti ilə kəsişməsinə qədər təmir işləri aparılıb.
Mənbə:> ANSPRESS