Diqqət! Yollarda hərəkət sıxlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Diqqət! Yollarda hərəkət sıxlaşacaq

Diqqət! Yollarda hərəkət sıxlaşacaq


“Bakı-2015” bu gün nəqliyyatın ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığını sınaqdan keçirəcək.

ANS PRESS-in məlumatına görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 08:00-dan 14:00-dək davam edəcək.

Tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayının artacağı gözlənilir. Buna səbəb iyunun 12-də start götürəcək birinci Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan keçirməkdir.

“Bakı-2015” ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsinə zəng etməklə, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifələrindən, radio, sayt və “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etmək olar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *