Nəqliyyat Nazirliyində Avropa Oyunları ilə bağlı görüş keçirildi
I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakı şəhərində avtobus və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən iri daşıyıcılarla Nəqliyyat Nazirliyində görüş keçirilib.
Oxu.Az-a bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, görüş zamanı sərnişindaşıma xidmətlərinin mövcud vəziyyəti və çatışmazlıqlar daşıyıcılarla ətraflı şəkildə müzakirə edilmiş və onların aradan qaldırılması, həmçinin tətbiq olunan yeniliklər barədə rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, oyunlar zamanı nümunəvi xidmətin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmələrinə və daşıyıcılara müvafiq tapşırıqlar verilib.
Mənbə:> Oxu.Az