NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib – FOTO

NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib

DYP rəsmisi məsələyə münasibət bildirib.

Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülərin sayı kəskin şəkildə azalıb.

Bu barədə Oxu.Az Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, sürücülər Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlara qoyulan qadağanın ilk günlərində “Oyunlar zolağı” ilə avtomobili idarə edirdilər, lakin Dövlət Yol Polisinin qadağaları pozan sürücülərə qarşı görülən cəza tədbirləri nəticəsində hazırda həmin zolaqla hərəkət edən nəqliyyat vasitələrinin sayı minumuma enib.

Əlavə olaraq Şəfa Mehmanqızı qeyd edib ki, son günlərdə paytaxt küçə və prospektlərində hərəkət edən nəqliyyat vasitələrinin sayı azalıb. Buna səbəb dərs ilinin başa çatması və DYP tərəfindən rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasına qoyulan qadağa göstərilib.

Mətbuat xidmətinin rəhbəri xüsusi ilə qeyd edib ki, buna daha bir səbəb Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) və Bakı 2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) birgə hazırladığı maarifləndirici videoçarxların televiziyada, sosial şəbəkələrdə nümayişi zamanı əhaliyə ictimai nəqliyyata üstünlük verməsi ilə bağlı edilən çağırışdı.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov həmçinin Oxu.Az-a bildirib ki, “Oyunlar zolağı” ilə bağlı yollarda tətbiq edilən qadağaların mayın 29-da qüvvəyə minməsindən sonra qeyd olunan zolaqda hərəkət edən 1600 sürücüyə cərmiə kəsilib.

“Oyunlar zolağı” ilə bağlı yollarda tətbiq edilən qadağaları pozan sürücülərə qarşı görülən cəza tədbirləri tez bir zamanda müsbət nəticələrini verdi. Hazırda demək olar ki, sarı zolaqla sürən sürücü yoxdur”.

NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib
NİİM: “Oyunlar zolağı”na daxil olan avtomobillərin sayı minimuma enib

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *