Tanınmış müğənni oteldə dava saldı və…
Müğənni və aktyor Halil Sezainin qaldığı oteldə mübahisəsi yaranıb.
ANS PRESS-in məlumatına görə, rol aldığı digər filmlərdə içki düşkünü kimi yadda qalan türkiyəli məşhur müğənni Halil Sezai Şimali Kiprdə qaldığı oteldə müştərlilərin etirazına səbəb olub. Belə ki, müğənninin yerləşdiyi nömrədə səs-küyün olması ilə bağlı otel nümayəndəliyinə şikayət edilib və otağa baxış zamanı içəridə bir neçə nəfərin dava etdiyinin şahidi olublar.
Mübahisə iştirakçıları sakitləşdirildikdən sonra onların otelə vurduğu maddi ziyan barədə hesablama aparıldı.
Daha sonra isə otel asministrasiyası hadisə barədə holdinq rəhbərinə xəbər verib. Holdinq rəhbəri isə həftə sonu olduğu üçün müştərilərin çox olması səbəbilə onların narahat edilməsini düzgün hesab etməyib və halil Sezai ilə komandasının çıxarılması barədə tapşırıq verib.
Otelin təhlükəsizlik xidməti müğənninin qaldığı nömrəyə bu barədə göstərişin olduğunu çatdırıb. Onlar əvvəlcə çıxmaq istəməsələr də sonradan qərarlarını dəyişiblər.
Mənbə:> ANSPRESS