İlhamiyyə Rzanı aldatdılar?
Tanınmış teleaparıcı İlhamiyyə Rza ölkənin tanınmış turizm şirkətlərindən olan “Fly Travel” tərəfindən aldadılıb.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən teleaparıcı “Fly Travel”in onun başına gətirdiyi oyundan danışıb:
“İzmirdəki oteldə Suriya qaçqınları kimi dəhlizdə qaldıq. Çox üzgünəm, özümü əsəbi və aldanmış hiss edirəm. Bakıya qayıtdıqdan sonra bunları məhkəməyə verəcəm”, - İlhamiyyə Rza bildirib.
İlhamiyyə Rzanın sözlərinə görə nömrələrlə problem olub, aparıcı uşaq və dostları ilə saatlarla nömrəyə yerləşdirilməni gözləməli olub. Bütün bu müddət ərzində onlar otelin holunda gözləyiblər.
Xatırladırıq ki, tanınmış teleparıcı İlhamiyyə Rza adı çəkilən turizm şirkətinin xətti ilə tətilə çıxıb.
Oxu.Az məsələyə aydınlıq gətirmək üçün şirkət ilə əlaqə saxlayıb.
Yaranan vəziyyəti bizə “Fly Travel” turizm agentliyinin rəhbəri Məmməd Əliyev şərh edib.
Onun sözlərinə görə müqavilədə razılaşdırılan bütün şərtlər şirkət tərfindən yerinə yetirilib.
“Müştərinin arzusuna uyğun olan turpaketi hazırladıq, bütün tələblər nəzərə alınmışdı. Qeyd edək ki, İlhamiyyə xanım səyahətə öz uşağı, rəfiqəsi və onun uşağı ilə bərabər gedib.
İlhamiyyə xanım, bizə öz iradlarını bildirb. Birincisi, İstanbula Tibilisidən tranzitlə uçuşdan yorğunluqdan şikayət olub. Nömrə beşulduzlu oteldə ayın 19-na sifariş edilib, onlar isə otelə gecə gəliblər. Otel qaydalarına uyğun olaraq yeni müştərilər günorta saat 12-də yerləşdirilir. Məhz bu səbəbdən İlhamiyyə xanım saatlarla otelin olunda qalmalı olub. Başqa bir irad onlara bir otağın təklif edilməsidir. Amma dörd nəfər – iki böyük və iki uşaq üçün otaq əvvəldən danışılmışdı və İlhamiyyə xanım razılaşmşdı.
Müştərinin istəyi qanundur. Ona görə də İstambul otelinin rəhbərliyi ilə danışıqlar apararaq müştərimiz üçün maksimum rahat şərait yaratmağa çalışdıq”, - Məmməd Əliyev bildirib.
Mənbə:> Qafqazinfo.Az