Sevgililər günü yanıb-yaxılan müğənni: “Gəl, sevişək deyən olmadı”
Türkiyəli məşhur müğənni Halil Sezai yerli radiolardan birində qonaq olub.
ANS PRESS-in məlumatına görə, qeyri-adi geyim tərzi və musiqi üslubu ilə seçilən məşhur müğənni Halil Sezai qonaq olduğu proqramda yeni albomu “Ervah-ı ezel”dən mahnılar səsləndirib, aparıcının suallarını cavablandırıb.
Aktyorluqda da özünü sınayan müğənni gündəlik rejimindən danışarkən gecələr daha çox oyaq olduğunu, gəlib evdə günortaya qədər yatdığını etiraf edib.
Daha sonra aparıcının “sən həmişə təksənmi?” – sualına, “hansımız tək deyilik ki?” sualı ilə cavab verib.
Bundan başqa, aparıcı onun kimlərləsə adının hallandığını səsləndirib. Müğənninin cavabı isə gözlənilməz olub: “O məsələyə toxunmayaq. Küsmüşük indi. Pərəstişkarlarıma qaldıqda isə heç kim mənə yaxınlaşıb "haydı gəl gedib sevişək" demədi. Buna görə də xoşbəxt deyiləm.”
Mənbə:> ANSPRESS