Məşhur müğənni ana oldu – FOTO
Rusiya estradasının tanınmış müğənnisi Maksim (əsl adı Marina Maksimova) ailəsində xoş hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 31 yaşlı müğənni ikinci dəfə ana olub. Onun növbəti dəfə qız övladı dünyaya gəlib.
Körpənin çəkisi 3 kq 860 qramdır. Körpə Moskvanın doğuş evlərindən birində dünyaya gəlib. Ana və körpə özlərini yaxşı hiss edirlər.
Maksimin 5 yaşlı Aleksandra adlı qızı var. Körpənin atası 30 yaşlı biznesmen Anton Petrovdur.
Müğənni noyabrın 19-da səhnəyə qayıtmaq fikrindədir. Amma bu qayıdış qısa müddətlik olacaq. Ayın ortasında “Musicbox”musiqi proqramının mükafat təqdimetmə mərasimi olacaq və Marina Maksimova “Ən yaxşı müğənni” nominasiyasında mükafatlandırılacaq.
Mənbə:> ANSPRESS