Türk müğənni azərbaycanlı aparıcı ilə evlənib?
Tanınmış türk müğənnisi və azərbaycanlı aparıcı haqqında şok xəbər yayılıb. ANS PRESS-in məlumatına görə, müğənni Doğuşun teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evləndiyi iddia edilir.
Buna səbəb cütlüyün bəy-gəlin geyimində fotolarının yayılması olub. Müğənni Doğuş isə "Tvitter" səhifəsində "toy fotolarını" paylaşıb.
O, səhifədə "sil başdan başlamaq gərək bəzən..." şərhini yazıb. İddialara görə, Doğuş yeni həyat yoldaşı ilə Bakıdakı konsertlərdən birində tanış olub.
Bəzi iddialara görə, cütlük film və ya klip çəkilişləri üçün bir araya gəlib.
Xatırladaq ki, Doğuş 2006-cı ildə menecerinin qızı Şeyma Uygun ilə evlənib. Lakin evlilik qısa çəkib. Belə ki, müğənni həyat yoldaşının qısqanclığından bezdiyini deyib. Cütlük 2009-cu ildə ayrılıb.
Mənbə:> ANSPRESS