Azərbaycanlı müğənni 20 mərtəbəli binanın damında – VİDEO
Gənc müğənni Fidan Süleymanova Bakıdakı 20 mərtəbəli binanın damında klip çəkdirib. ANS PRESS-in məlumatına görə, "Sevəydin kaş” mahnısına çəkilmiş klipin çəkilişləri eyni zamanda paytaxtın Nizami küçəsində və göl qırağında baş tutub.
Ekran işində bu dəfə də gənc sənətçinin tərəf müqabili yoxdur. F.Süleymanova kliplərində tək çəkilməyini belə izah edib: "Bu klip üçün əlliyə yaxın model şəkli göndərdilər, amma bəyəndiyim olmadı. Ona görə də yenə tək çəkiləsi oldum. Ola bilər ki, nə vaxtsa klipimdə tərəf müqabilim olsun”.
Musiqisi özünə, sözləri şairə Leyli İsrafilovaya aid olan klipi "Azəri” prodakşn ərsəyə gətirib.
Mənbə:> ANSPRESS