Günay da istedadlı modelyer axtarışındadır
Gənc dizaynerlərə dəstək olmaq və moda dünyasına istedadlı modelyerləri cəlb etmək üçün təşkil edilən "MESİAD 2014 - Moda və Tekstil Dizayn Yarışması" baş tutub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfilədə azərbaycanlı model Günay Musayeva, Çağla Şikel, Özge Ulusoy kimi məşhur modellərlə yanaşı xarici modellər də səhnəyə çıxıb. Moda nümayişi müğənni Mustafa Cecelinin konserti ilə bitib.
Mənbə:> Qafqazinfo.Az