Məşhur müğənni: “Ev quşu olmuşam”
Türkiyəli tanınmış müğənni haqqında söylənilən xəbərlərə aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, qumar düşkünü kimi tanınan məşhur türkiyəli müğənni Sərdar Ortac məsələ ilə bağlı açıqlama verib.
Müğənni yenidən qumara başlaması haqqında çıxan xəbərləri əsassız sayıb: “Qumarı kazinoların hədiyyə verdiyi pul çekləri ilə oynayıram. Cibimdən pul xərcləmirəm. Xloenin gələcəyini düşünmək məcburiyyətindəyəm”.
Bundan başqa o, ev işlərində də həyat yoldaşına dəstək olduğunu, işlərini xanımın yanında gördüyünü, vaxtının əksər hissəsini evdə keçirdiyini deyib.
“Xloe ilə olmaq, ev həyatı o qədər gözəldir ki… Ürəyim heç yerə getmək istəmir. Dostlarımızın təkidiylə gəzməyə çıxırıq. Harasa gedəndə tez qayıtmaq istəyirəm. Ev quşu olmuşam”, – deyə sənətçi bildirib.
Mənbə:> ANSPRESS