Sərdar Ortaçın adı qadın alverində
Məşhur müğənni Sərdar Ortaç təhqir olunub. Müğəninin sosial şəbəkədə qadın ticarəti ilə məşğul olduğu yazılıb.
ANS PRESS-in məlumatına görə, Sərdar Ortaç sosial şəbəkə “Twitter” də onu təhqir edən şəxsi bağışlamayıb. Belə ki, müğənni həmin şəxsdən şikayət edib.
Yeni ailə quran müğənni "sanki müğənniliklə yox, qadın ticarəti ilə məşğul olur” yazan istifadəçinin həbsini istəyib.
Prokurorluq isə Sərdar Ortaçı haqlı hesab edərək onun müraciətini qəbul edib və həmin şəxsin 2 il həbsi tələbi ilə iddia qaldırıb.
Qeyd edək ki, Sərdar Ortaç hazırda özündən 21 yaş kiçik İrlandiyalı model Xloe Louqhnanla evlidir.
Mənbə:> ANSPRESS