Quranı ayaqladı, polis tutdu
Müqəddəs kitab Qurani Kərim ayaqlanıb. ANS PRESS-in məlumatına görə, "Twitter"də müqəddəs kitabı ayaqlayan foto paylaşılıb. İlkin görünüşə görə, bu qadın olub. Belə ki, Quran səhifələri üzərində qırmızı qadın ayaqqabısı geyinən şəxs görünür.
Foto "kedibiti" adlı istifadəçi tərəfindən yüklənib.
Sosial şəbəkədə yayılan şəkildən sonra Ankara böyük şəhər bələdiyyə başçısı Melih Gökçek vəkili Esennur Ezgi ilə bu barədə prokurorluğa şikayət edib.
Araşdırma zamanı "kedibiti"nin İstanbulda yaşayan 38 yaşlı G.A olduğu bəlli olub. Polis tərəfindən saxlanılan şəxsin komputeri müsadirə edilib.
O, ifadesində heç bir inancı olmadığını deyib. G.A-ya qarşı iftira, kin və düşmənçilik yayma, ictimai asayişi pozma ittihamları irəli sürülüb.
Mənbə:> ANSPRESS