Qumarda 10 dəqiqədə 30 min itirdi – FOTO
Qumara olan alışqanlığı ilə bilinən tanınmış türk müğənnisi verdiyi sözü pozdu.
ANS PRESS-in məlumatına görə, Sərdar Ortaç milyonlarla pul itirsə də, bu pis vərdişindən əl çəkə bilmir. Konsert üçün Kiprə gedən müğənni yenidən bəxtini sınamaq istəyib.
İki il öncə “20 illik qumar həyatımda 50 milyon dollar itirdim. İndi hamısını halal edib bu vərdişimi tərgidirəm" deyən müğənni səhnəyə çıxdıqdan sonra qaldığı otelin oyun zalına üz tutub.
Oyun aparatının başına keçən Ortaç üçün 30 min liralıq (təqribən 12 min manat) kredit hesabı açılıb. O, isə bu məbləği ilk 10 dəqiqə ərzində itirib.
İfaçı qumar salonunu yenə əliboş tərk etməli olub.
Mənbə:> ANSPRESS