Tanınmış türk müğənni vəfat etdi
Türkiyənin tanınmış müğənnisi, “Ormançı” türküsünü bəstələməsi ilə məşhur olan müğənni Nazmi Yüksələn dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, səhhətində problem yarananaraq iki ay əvvəl xəstəxanaya yerləşdirilən 89 yaşlı müğənni burda vəfat edib.
Hadisə barədə açıqlama verən həkimi sağalması ümidi ilə reabilitasiya olunan müğənninin ötən həftə cümə günü vəziyyətinin ağırlaşdığını, ötən gün isə nəfəs çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
Nazmi Yükselen 1926-cı ildə Muğla vilayətinin Milas rayonunda dünyaya gəlib. İbtidai və orta məktəb Milasda oxuyan Yükselen 1948-ci ildə İstanbul radiosunun elan etdiyi müsabiqədə qalib olaraq “Xalq türküləri” müğənnisi olub. Daha sonra Ankara radiosuna keçib və burda “Yurddan səslər” xorunda fəaliyyət göstərib. 1958 – 1962-ci illərdə İzmir radiosunda işləyib. 1982-ci ildə isə Mədəniyyət Nazirliyi tərəfindən “Dövlət sənətçisi” adına layiq görülüb.
Mənbə:> ANSPRESS