Gənc müğənni açıq-saçıq geyimi ilə hamını məst etdi
Türkiyənin reytinqli proqramlarından birində iştirak edən gənc xanım müğənni geyimi ilə medianın gündəminə bomba kimi düşüb.
ANS PRESS-in məlumatına görə, qardaş ölkənin tanınmış şoumenlərindən olan Okan Bayülgenin aparıcılıq etdiyi proqramın qonaqlarından biri, gənc xanım müğənni Gülçin Ərgül açıq-saçıq geyimi ilə bütün diqqəti üzərinə toplayıb.
Gənc müğənni efirə “Bir Tanecik Aşkım” adlı kilipində deyindiyi qiyafə ilə təşrif buyurub. Okan tamaşaçıların qonağına reaksiyasını görüb “nə olub, gözəl qadın gördünüz, hə?” deyə zarafatyana sual ünvanlayıb.
Daha sonra şoumen müğənninin tərəfini tutaraq onun sənəti üçün belə etdiyini, dünyanın hər yerində bu işi görənlərin belə geyimlər geyindiyini və başqaları tərəfindən normal qarşılandığını qeyd edib.
Mənbə:> ANSPRESS