Professor müğənni Röyanın geyimindən danışdı: Böyük biabırçılıqdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

Professor müğənni Röyanın geyimindən danışdı: Böyük biabırçılıqdır – VİDEO

Professor müğənni Röyanın geyimindən danışdı: Böyük biabırçılıqdır


Fevralın 13-də müğənni Röya Ayxanın ATV telekanalının efirində yayımlanan “Gündəlik” verilişinin efirində nümayiş etdirdiyi geyimi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bundan başqa, müğənni efirə çıxarkən yol-hərəkəti qaydalarına riayət etmədiyini söyləyib.

AzNews.info xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli bunları deyib:

“İndi vəziyyət o yerə gəlib çatıb ki, biz ekranda gedən verilişlərin məzmununu, cəmiyyətin dərdlərini nə dərəcədə əks etdirməsini, milli problemlərə necə yanaşmasını, mürəkkəb geosiyasi vəziyyətdə bizi gözləyən təhlükələrdən necə yaxa qurtaracağımızı, verilişlərin peşəkarlıq səviyyəsini bir tərəfə qoyub, bəzi dar düşüncəli, özünü kamera qarşısında idarə edə bilməyən, geyiminə, danışığına diqqət yetirməyən şou əhlinin davranışlarını müzakirə edirik.

Bu cür düşük, səviyyəsiz və bayağı adamların efiri zəbt etməsi böyük biabırçılıqdır. Bəzən müğənnilər və hətta bəzi xanım aparıcılar elə formada ekrana çıxır, elə jestlər edirlər ki, başa düşmürsən, bunlar televiziya studiyasına çəkilişə gəliblər, yoxsa “qırmızı fanarlar” küçəsində vitrinə çıxmağa?

Bu adamlar üçün meydan o qədər genişlənib ki, onlar geyim və davranış məsələsində özəl televiziyaların rəhbərləri qarşısında şərtlər də qoya bilirlər. Ona görə bəzən kanal rəhbərlərini qınamaq olmur, reklam asılılığı ciddi güzəştlər tələb edir.

Məncə səviyyəli müğənninin soyunmağa, erotik davranışa ehtiyacı yoxdur, bu kimi jestlər dayazlığı ört-basdır etmək üçün kara gəlir. Bəzi dayaz media qurumlarının bu müğənniləri reklam etməsi də öz mənfi təsirini göstərir. Amma bütün bunlarla yanaşı, həm televiziya rəhbərləri, həm də MTRŞ açıq-saçıq geyimlə bağlı ortaya kəskin mövqe qoymalıdır”.

Mənbə: Moderator.az / Video: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *