MTRŞ-dan Mətanətin canlı yayımda şpaqat açmasına rəsmi cavab – ÖZƏL
Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov sözügedən görüntülərlə bağlı mövqeyini açıqlayarkən AZXEBER.COM-a bunları söyləyib: “Mən bu səhnəyə baxmışam. Əslində, aparıcı belə halların baş verməməsini nəzərə almalıdır. Şou-proqram olduğu üçün aparıcının standart hallardan nisbətən kənara çıxması mümkündür. Bu hərəkətdə qanunvericiliklə kobud şəkildə pozuntu yoxdur. Amma əgər bu hərəkət ictimai qınağa səbəb olursa, aparıcılar gələcək fəaliyyətlərində bundan nəticə çıxarmalıdırlar”.
Müsahibim qeyd etdi ki, bu görüntülərdə qanunvericiliyin pozulması halı olmadığına görə, biz qurum olıaraq bu hala müdaxilə edə bilmirik: “Şura televiziyalarda ictimai qınağa səbəb olan halları nəzarətdə saxlayır. İctimaiyyətin narazılığını nəzərə alaraq, aparıcılar televiziyalarda belə hallardan qaçmalıdırlar”.
Mənbə:> AZXEBER.COM