Əxlaqsızlıqla məşğul olan cinsi azlıqlar Yasamaldan getmir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Əxlaqsızlıqla məşğul olan cinsi azlıqlar Yasamaldan getmir

Əxlaqsızlıqla məşğul olan cinsi azlıqlar Yasamaldan getmir

Yasamal rayonu, 3168-ci məhəllə, Moskva prospekti, 73A binasının sakinləri yenidən yaşadıqları ərazidə cinsi azlıqların əxlaqsızlıqla məşğul olmalarından şikayətçidirlər.

AZXEBER.COM xəbər verir ki, sakinlər adından danışan Vahid Məmmədovun Bizimyol-a bildirdiyinə görə, son zamanlar cinsi azlıqlar hər gecə onların yaşadığı ərazidə cəm olurlar: “Onlar Alatava qəsəbəsi istiqamətindən başlayaraq, metronun “20 yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər.

Təkliflərini də ərazidə gerçəkləşdirirlər. Şəxsi avtomobili olan homoseksuallar isə “xidmət”lərini avtomobildə həyata keçirirlər. Deyim ki, onlara görə yaşadığımız əraziyə müştərilər cəm olurlar. Nəticədə yaşadığımız ərazidə sərbəst hərəkət edə bilmirik. Uşaqlar, qadınlar narahatlıq içindədirlər. İctimai əxlaqsızlıqdan gecələr yaşadığımız ərazidə hərəkət edə bilmirik”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizimyol-a bildirildi ki, Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi sakinlərin narahatlığını nəzərə alaraq ərazidə fəaliyyət göstərən polislərə müvafiq tapşırıqlarını verib: “Sakinlərin haqlı narazılıqları, narahatlıqları başadüşüləndir. Odur ki, müvafiq tədbir həyata keçiriləcək. Belə tədbirlər nəticəsində öz hərəkətləri və davranışları ilə sakinlərin narazılıqlarına səbəb olan onlarla şəxs barəsində inzibati tədbir görüləcək”.

Qeyd edək ki, bir müddət əvvəl də həmin ərazidə eyni problemlər yaşanırdı. Saytımızda bu haqda yazılar dərc olunduqdan sonra polis ərazidə qayda-qanunu bərpa etmişdi. Cinsi azlıq nümayəndələrinin yenidən sözügedən ərazidə toplaşmağa başlaması problemin yenidən ictimailəşməsi zərurətini yaradır.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *