““Şpaqat” açmaq nə vaxtdan ayıb olub?” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

““Şpaqat” açmaq nə vaxtdan ayıb olub?” - Mətanətdən açıqlama - VİDEO

““Şpaqat” açmaq nə vaxtdan ayıb olub?”

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən teleaparıcı bildirib ki, etdiyi hərəkətdə heç bir qəbahət yoxdur və insanların fikrinə hörmətlə yanaşır:

“ “Şpaqat” açmaq nə vaxtdan ayıb olub? Onda gimnastikaya da, Bakıda keçirilən gözəllik müsabiqələrində çimərlik geyimində səhnəyə çıxan modellərə də baxmasınlar. “Şpaqat” akrobatik idman hərəkətdir. Hamının fikrinə hörmətlə yanaşıram, amma burada qəbahət görmürəm. Üç gündür ki, məndən yazırlar, hələ çox yazacaqlar. Birini bilirlər, birini bilmirlər.

Verilişdə qonaqlar xaricdən gələn rəqqaslar idi. Onlara dedim mənə bir-iki hərəkət öyrədin. Dedilər ki, sən bacarmazsan, bu sözləri məni qıcıqlandırdı. Dedim ki, mən sizin yanınızdakı xanımdan plastikəm. Azərbaycan xanımları çox plastik olur. Mənim “Şpaqat” açmaq fikrim yox idi, libasım da ona imkan vermirdi. Biz sevirik xaricdən gələn qonaqları əl çalıb tərifləyək. Mənim göstərdiyim akrobatik hərəkətdən sonra onlar təəccüblənib əl çaldılar. Gərək özümüzü cılızlaşdırmayaq, göstərək ki, biz hamıdan üstünük. İnsanlar isə bunu başqa cür yozdular, onlara başqa sözüm yoxdur”.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *