“Fənərbaxça” yenə xal itirdi
Türkiyə superliqasında 22-ci turun oyunları davam edir.
ASN PRESS-in məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma keçirilib.
“Rizəspor” doğma publika önündə “Eskişehirspor”u böyük hesabla məğlub edib – 3:0.
“Gənclərbirliyi” – “Sivasspor” matçında azarkeşlər qol şahidi ola bilməyib.
Çempionluq üçün yarışan “Fənərbaxça” isə səfərdə “Konyaspor”un qonağı olub və ardıcıl olaraq ikinci oyunda xal itkisi ilə üzləşib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Trabzonspor” – “Karabükspor” matçı ilə yeun vurulacaq.
Mənbə:> ANSPRESS