Girov prokuror xəstəxanaya ölü gətirilib – VİDEO
Türkiyədə girov götürülən prokurorun ölümü ilə bağlı xəstəxanadan rəsmi açıqlama verilib.
ANS PRESS-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İstanbul bölgəsi səhiyyə müdiri Selami Albayrak və təcili yardım heyəti bildiriblər ki, prokuror xəstəxanaya gətirilərkən nəfəsi olmayıb və ürəyi dayanmış vəziyyədə olub.
Həkimlərin bir saatlıq səylərinə baxmayaraq prokurorun həyata qaytarmaq mümkün olmayıb. Yerli vaxta 20.50-də xəstəxanaya gətirilən prokurorun ölümü 21:55-də rəsmən elan olunub.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri tərəfindən girov götürülən prokuror Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatı zamanı azad olunarkən yaralanmışdı. O baş nahiyəsindən 3, bədən nahiyəsindən isə 2 güllə yarası almışdı.
Türkiyə mətbuatı faciəvi ölən Səlim Kırazı şəhid kimi təqdim edib.
Mənbə:> ANSPRESS