Daha bir ana ölümü
Gəncədə doğuş zamanı ana ölümü baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə Doğum Evində baş verib.
Gədəbəy rayonundan olan Təranə Tamıyeva qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Uşaq 3 kiloqram olub. Körpənin səhhətində heç bir problem olmayıb.
Əməliyyatdan sonra qadının halı pisləşib. Həkimlərin səyinə baxmayaraq Təranə Tamıyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasında araşdırma aparılır.
Qeyd edək ki, Gəncə Doğum Evində tez-tez doğuş zamanı ana ölümü qeydə alınır.
Mənbə:> ANSPRESS