İstanbulda prokuror girov götürüldü (YENİLƏNİB) – FOTO
Türkiyənin xüsusi təyinat qüvvələri İstanbulda prokurorluq binasına daxil olub. Öncə binada prokuror Səlim Kiraz silahlı şəxslər tərəfindən girov götürülüb.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, silahlılar bildiriblər ki, prokuroru azad etməyə cəhd olarsa, o öldürüləcək.
Hazırda prokurorluq binası polis tərəfindən mühasirəyə alınıb, əməkdaşlar təxliyyə edilib.
17:14
İstanbulda qırmızı maskalı şəxslər dövlət prokuroru Mehmet Səlim Kirazı girov götürüblər.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, prokurorun kabinetində Türkiyədə fəaliyyəti qadağan edilmiş radikal solçu “Üsyankar xalq azadlıq partiya-cəbhəsi” təşkilatının 6 nəfər üzvü var.
Yaraqlılar üç saat ərzində Berkin Elvanın qatillərini onlara təhvil verilməsini tələb ediblər. Prokuror Berkin Elvanın qətli ilə bağlı işdə ittihamçı qismində çıxış edir.
Mənbə:> Oxu.Az