Azərbaycan vətəndaşı ermənilər tərəfindən girov götürüldü
Hadisə dünən saat 18:10 radələrində baş verib. İnterAz-ın armtoday-ə istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov təmas xəttini keçərkən erməni işğalçıları tərəfindən girov götürülüb.
Erməni mediasının yazdıqlarına görə, baş vermiş hadisə ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib.
Mənbə:> interaztv.com