Ən tez qocalan orqanlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Ən tez qocalan orqanlar – FOTO

Ən tez qocalan orqanlar


Qocalmaq qarşısı alınması mümkün olmayan təbii prosesdir. Önəmli olan sağlam və xoşbəxt yaşamaqdır. Bəzən yaşı az olsa da insanlar ruhən yaşlı, bəzən isə əksinə olur. İllər bir birini əvəz etdikcə orqanlarımız yaşlanır və funksiyalarını itirməyə başlayırlar. Bundan qaçmaq üçün isə stres, siqaret, içki kimi zərərli vərdişlərdən uzaq durmaq, sağlam qidalanıb, idmanla məşğul olmaq lazımdır.

ANS PRESS ən tez yaşlanan 5 orqanımızı təqdim edir:

1-BEYİN
30 yaşdan sonra beyin hüceyrələri ölməyə başlayır. Bunun nəticəsində 50 yaşdan sonra beynin ağırlığı azalır. Hər 10 ildə 2-3 faiz azalma meydana gəlir. Bu dəyişikliyə görə, yeni məlumat öyrənmə bacarığı da azalır. Ancaq köhnə məlumatlar daha yaxşı qorunur. Beynin yaşlanmasını ləngitməz bizdən asılıdır. Bunun üçün stresdən uzaq durun. Həftədə azı iki dəfə balıq yeyin. Zehni işlədən idmanlar, krasvordlar həll edin. Gündəlik xəbərləri xırdalıqlarına kimi təqib etmək də beyin sağlamlığı üşün vacibdir.

2-ÜRƏK
40 yaşdan sonra ürək də yaşlanmağa başlayır. Beyindən fərqli olaraq ürək çəkisi artır. Çünki sol divarda qalınlaşma meydana gəlir. Ürəyin qan ötürmə qabiliyyəti azalır. Ürəyi qorumaq üçün idmanla müntəzəm olaraq məşğul olmaq lazımdır. Yağdan istifadəni azaldın. Kaliumla zəngin banan, ərik, kartof kimi qidalar qəbul edin. Yağ, duz, kalorisi az olan, xolestrol dəyəri aşağı olan məhsullardan istifadə edin.

3-GÖZ
Yaşlanma ilə görmə qabiliyyəti də dəyişir. Belə ki, 40 yaşdan sonra uzaq görmədə problemlər yaranır. Normal bir göz 40 yaşında +1, 50 yaşında +2, 60 yaşında +3 eynəyə ehtiyac duya bilər. Çalışın bu problemlərdən qaçmaq üçün C və E vitaminləri ilə zəngin məhsullarla qidalanın. Müntəzəm olaraq gözlərinizi müayinə etdirin.

4-QULAQ
30 yaşdan sonra qulaqların fəaliyyətində də problemlər özünü biruzə verə bilər. Çünki qulağa gedən damarlar vəzifələrini tam yerinə yetirə bilmir. Çox yüksək səslə musiqi dinləməyin. Bu gənc yaşalarda eşitməyinizdə ciddi problem yaradacaq.

5-SÜMÜK
Sümüklərin möhkəmliyi üçün D vitamini olduqca vacibdir. Xüsusilə qadınlarda D vitamini əksikliyi sümük əriməsinə yol aça bilər.

D vitaminin ən yaxşı qaynağı günəşdir. Amma günəşin faydalarını saat 11:00-16:00 arasında məruz qalmamağa çalışın.


Ən tez qocalan orqanlar
Ən tez qocalan orqanlar
Ən tez qocalan orqanlar
Ən tez qocalan orqanlar
Ən tez qocalan orqanlar
Ən tez qocalan orqanlar

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *