60 yaşlı qadın əkiz doğdu » AzNews.info -Xəbər portalı

60 yaşlı qadın əkiz doğdu

60 yaşlı qadın əkiz doğdu


Avstraliyada 60 yaşlı qadın ana olub. ANS PRESS-in məlumatına görə, onun əkiz övladı doğulub. Qadın Linz şəhəri yaxınlığındakı klinikalardan birində övladlarını dünyaya gətirib.

Həkimlər həm ana, həm də əkizlərin sağlamlıqla bağlı vəziyyətərinin yaxşı olduğunu deyirlər.
Adı açıqlanmayan qadın ilk övladını da 3 il öncə eyni yolla dünyaya gətirib. Körpələrin atasının isə 63 yaşı var.

Qeyd edək ki, Avstraliyada 45 yaşdan sonra qadınların süni mayalanma ilə hamilə qalması qadağandır. Bunun üçün də qadınlar bu yaşdan sonra hamilə qalmaq üçün xarici ölkələrə üz tuturlar.

Gec yaşda valideyn olmaq birmənalı qarşılanmayıb. Bəziləri hamının valideyn olmaq haqqı olduğunu müdafiə etsə də, çoxları yaşlı cütlüyün eqoistcəsinə davrandığını deyib.
Həkimlər isə riskli olduğu üçün bu yaşda hamiləliyi tövsiyyə etmirlər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *