Yaponlar qadını möcüzəli şəkildə ana etdilər » AzNews.info -Xəbər portalı

Yaponlar qadını möcüzəli şəkildə ana etdilər

Yaponlar qadını möcüzəli şəkildə ana etdilər


Yaponiyada bir qadın 13 il əvvəl dondurulmuş yumurtalıqları sayəsində övlad sahibi olub.

ANS PRESS-in məlumatına görə, ana olan qadın 2001-ci ildə məktəbdə oxuduğu illlərdə həkimlər onda limfalarında onkoloji xəstəliyin olduğunu müəyyən ediblər.

Həmin vaxt həkimlər qızın sonsuzluq problemi ilə qarşılaşacağını nəzərə alaraq , onun iki yumurtasını dondurmağı məsləhət biliblər. Müalicənin əvvəlində həkimlər qərar gəliblər ki, yumurtaların ikisini dondurub klinika şəraitində saxlasınlar.

Uğurlu keçən müalicədən sonra qız normal həyatına qayıdıb və keçən il ailə qurub. Ana olmaq istəyən qadına Eko üsulu ilə dondurulan yumurtalarından biri kənarda mayalandırılıb və onun uşaqlığına nəql olunub.

Bundan sonra qadının avqust ayında çəkisi 3 kq-dan çox olan sağlam bir övladı dünyaya gəlib.

Dondurulmuş yumurta ilə süni mayalanmanın 10 ildən artıq inkişaf etməsinə baxmayaraq, Yaponiya üçün bu nadir hal hesab edilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *