"Qara cümə" gənc qadının həyatına son qoydu
Amerikanın Çikaqo şəhərində ticarət mərkəzlərinin birində baş vermiş atışma zamanı gənc qadın ölüb.
ANS PRESS-in məlumatına görə, “qara cümə” günü alıcılarla dolu olan Çikaqodakı “Nordstorm” ticarət mərkəzində naməlum şəxs atəş açaraq qadını yaralayıb, bundan sonra isə özünü öldürüb.
Sonradan məlum olub ki, həmin şəxs rəfiqəsinə atəş açmaq istəyib. Qadın ağır yaralanıb və onu xəstəxanaya çatdırıblar.
Şənbə günü günorta isə yerli vaxtla həkimlər 22 yaşlı Nadi Ezaldeynin ölümünü qeydə alıblar.
Atəş açanın şəxsiyyəti də məlum olub. O, 31 yaşlı Markus Di olub.
Mənbə:> ANSPRESS