Moskvada seks intiharı
Rusiyanın paytaxtı Moskva şəhərində 22 yaşlı qadın kütləvi şəkildə zorlanıb.
ANS PRESS-in məlumata görə, zorlanan gənc qadın canını qurtamaq üçün özünü üçüncü mərtəbədən atıb.
Belə ki, 22 yaşlı Lyubov internetdə tanış olduğu gənc oğlanla görüşmək üçün onun evinə qonaq gedib. Lakin oğlan evdə tək olmayıb.
Onlar qadını evə gətiriblər və əllərini qandalla bağlayıblar. Sonradan kütləvi şəkildə qadını zorlayıblar. Qadın bütün gəcə həmin evdə qalıb. Ona səhərə qədər növbə ilə təcavüz ediblər.
Səhər qadın imkan taparaq pəncərəyə yaxınlaşıb və özünü atıb.
Qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis hadisə yerinə gəlib. Keçirilən əməliyyat zamanı qadını zorlayanlardan iki nəfər saxlanılıb.
Qadın isə ayağı sınmış halda xəstəxanaya aparılıb.
Mənbə:> ANSPRESS