Doğdu, zirzəmiyə atdı
Türkiyədə tükürpədici hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Adıyamanda universitet tələbəsi olan qız qaldığı evdə körpə dünyaya gətirib. Qeyri-rəsmi nigahdan dünyaya gələn körpəni qadın bez parçaya bükərək zirzəmidəki taxta beşiyə atıb.
Körpə doğuşdan sonra ölüb, 19 yaşlı anada isə güclü qanaxma başlayıb.
Qızın universitetdən dostları ondan uzun müddət xəbər ala bilməyiblər. Bundan narahat olan tələbələr qızın evinə gəliblər. Evə gələn tələbələr zirzəmidən səs eşidəndən sonra ora eniblər. Dostlarını zirzəmidə qan içində görən tələbələr dərhal təcili yardıma xəbər veriblər.
Həkimlər qanaxmadan əziyyət çəkən qadının körpə dünyaya gətirdiyini müəyyən ediblər. Körpəni görməyəndə isə polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis körpəni taxta beşikdə tapıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Mənbə:> ANSPRESS