Zibillik evdə meyiti tapılan qadın milyonçu çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Zibillik evdə meyiti tapılan qadın milyonçu çıxdı – FOTO

Zibillik evdə meyiti tapılan qadın milyonçu çıxdı

AZXEBER.COM-un məlumatına görə, Bursa vilayəti İznik rayonunda keçən ay evində öldükdən 10 gün sonra cəsədi aşkarlanan 72 yaşlı Həbibə İrizin bank hesabları varmış.

İznik gölü sahilində özünə aid evdə tək başına yaşayan Həbibə İriz ürək çatışmazlığından keçinib. Tənha qadının cəsədi 10 gün sonra qonşuları tərəfindən aşkarlanıb. Qonşularının yardımları ilə həyat sürən qadının var-dövləti eşidənləri heyrətə salıb.

Həbibə İrizin iki ayrı bank hesabında 3 milyon 270 min lirəsi (1,5 milyon 135 min dollar), Bursanın Yıldırım rayonunda 4 mərtəbəli evi, Mudanyada bir villası və İstanbulda da bir dükanı olduğu iddia edilir.

İznikdə göl sahilində market işlədən Nihat Temel qadına sağlığında çox kömək etdiyini deyib: "Həbibə bacıya tez-tez yardım edərdik. Hətta onu bir neçə dəfə həkimə aparmışdıq. Heç pul xərcləməzdi, bizim yardımlarımızla keçinirdi. Sözün açığı mirasını eşitdiyimdə təəccüblənmədik. Çünki bundan əvvəllər də çox zəngin olduğunu eşidirdim".

Həbibə İrizin tək başına yaşadığı villasından çoxlu zibil çıxarılıb. Qadının ölümündən sonra ev bələdiyyə işçiləri tərəfindən təmizlənib.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *