Qadın öz nəvəsini dünyaya gətirdi
Qadın öz nəvəsini dünyaya gətirdi. ANS PRESS-in məlumatına görə, bu görünməmiş hadisə İngiltərədə qeydə alınıb.
Belə ki, adı açıqlanmayan bir qadın övladı sahibi olmaq istəyən oğlu üçün surroqat ana olub. Dünyaya gələn körpənin atası qadının doğma oğlu, anası isə adı açıqlanmayan bir qadındır.
Dünyada bir ilk kimi təqdim edilən hadisə İngiltərə yüksək məhkəməsinə də çıxarılıb. Hadisəni araşdıran məhkəmə kişinin anası tərəfidən dünyaya gətirilən uşağın qanunlara görə onun qardaşı olduğunu, lakin onun körpəni övladlığa götürə biləcəyi barədə qərar çıxarıb.
Adı açıqlanmayan atanın 20 yaşlarında olduğu bildirilir. O, uzun müddət övlad sahibi olmaq istəyib. Yaxşı iş tapıb uşaq saxlayacaq maddi imkanı tapdıqdan sonra başqa bir qadınla övladını daşıması üçün razılıq əldə edib. lakin qadının səhhətində problem yarandığı üçün bu alınmayıb.
Baş verən hadisəni ingilislər birmənalı qarşılamayıb. Onlar süni mayalandırma və surroqat ana ilə bağlı qanunların daha da sərtləşdirilməli olduğunu deyiblər.
Mənbə:> ANSPRESS