Bunları bilirsinizmi?
Ana südünü dünyanın “ən möcüzəli qidası” adlandırmaq olar. Onun faydaları hədsizdir. Yeni doğulmuş körpənin ana südü ilə qidalanmağı son dərəcə önəmlidir. Ana südünün tərkibindəki vitaminlər, qidalı və faydalı maddələr körpə orqanizminin fiziki, zehni inkişafını təmin edir. Ana südü eyni zamanda körpələrin müxtəlif xəstəliklərə yoluxmasının qarşısını alır.
Ana südüylə qidalanan uşaqların intellektual və fiziki sağlamlıq göstəriciləri digərlərindən dəfələrlə yüksək olur. Ana südü ilə qidalanma ən azı körpənin 6-cı ayına kimi davam etdirilməlidir.
Bəs ana südü haqqında bunları bilirsinizmi?
Körpənin bədən və ruh sağlamlığı üçün ən faydalı qidadır.
Əmzirmə doğuşdan sonra başlayır. Tez-tez əmzirmə süd artımını asanlaşdırır.
Əmzirmə sayəsində anada doğuşdan sonra ola biləcək qanaxmalar tez kəsilir, süd vəzində şişmə, iltihablanma olmur.
Ana südü ilə qidalanan körpələrin D vitamini və flordan başqa heç bir əlavə qidaya ehtiyacı yoxdur.
İlk 6 ayda yalnız ana südü ilə qidalanan körpələr daha sağlam olur, mikroblu xəstəliklərə az yaxalanır, daha az xəstələnirlər.
Ana südü sayəsində ana-körpə əlaqəsi güclənir.
Ana südü hər zaman hazır, təmizdir.
Həzmi asanlaşdırır.
Piylənmə riskini azaldır.
Ana südü körpənin ilk peyvəndidir.
Körpə üçün təbii sakitləşdiricidir.
Ana südü ilə qidalanan körpələr daha az ağlayır, daha yaxşı yatırlar.
Bəs südü artırmaq üçün analar nə etməlidir?
Südü artıran ən önəmli qida sudur. Gündə azı 2-2,5 litr süd içməlisiniz.
Kalsium qəbul edin
Kalsiumla zəngini süd, qatıq, o cümlədən gündə 1 ədəd yumurta yeməlisiniz.
Tərəvəz yeyin
A vitamini ilə zəngin qidalar daim rasionda olmalıdır.
Mənbə:> ANSPRESS