Qeyri-adi dondurma
Britaniya şirkəti qeyri-adi dondurma istehsal edib.
ANS PRESS-in məlumatına görə, şirkət dəvə südündən dondurma hazırlayıb. Yeni məhsulun nümayişi Eşfor şəhərində dəvələrin yarışında baş tutub
Çərəzin qiyməti olduqca yüksəkdir. Belə ki, 6 porsiyalıq dondurma 5 dollaradır. Çünki 1 litr dəvə südü təxminən 16 dollaradır. Amma, bu qiymət 120 nümunə dondurmanın satışına mane olamayıb.
Hazırda şirkət üç dadda dondurma istehsal etmək niyyətindədir. Bunlar vanil, manqo və çiyələkli dondurmalardır.
İstehsalçıların sözlərinə görə, yeni çərəz – olduqca faydalı şirniyyatdır, çünki onda az piy və laktoza olur. Həmçinin, bu dondurmada allergetik reaksiyaların yaranması riski xeyli aşağıdır.
Mənbə:> ANSPRESS