"iPhone 6"-da qüsur aşkarlandı
"Apple" şirkətinin istehsal etdiyi yeni telefonlarda qüsurlar aşkarlanıb.
ANS PRESS-in məlumatına görə, şirkət tələsik iOS 8 əməliyyat sistemində çatışmazlıqları aradan qaldırmağa başlayıb.
Şirkətdən bildirilib ki, tezliklə sistemin artıq ikinci olan 8.0.2 yeni variantı çıxacaq.
Qeyd edək ki, 8.0.1 variantı satışa çıxarılandan sonra geri qaytarılıb. Belə ki, iPhone 6 və iPhone 6 Plus telefonlarında şəbəkə tez-tez itirmiş. Başqa çoxsaylı problemlərin də olduğu açıqlanıb.
Mənbə:> ANSPRESS