“iPhone 6”nın göstəriləcəyi gün bilindi » AzNews.info -Xəbər portalı

“iPhone 6”nın göstəriləcəyi gün bilindi

“iPhone 6”nın göstəriləcəyi gün bilindi


“Apple” şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib.

Tədbirdə yeni nəsil iPhone smartfonlarının təqdim ediləcəyi gözlənilir. Bu haqda ağ-boz tonda tərtib edilmiş dəvətdə yazılıb. Tədbir Kupertino şəhərində keçiriləcək və 9 sentyabr tarixində, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

ANS PRESS-in "ICTnews"a istinadən məlumatına görə, tədbirdə iki yeni iPhone smartfonu (4.7 və 5.5 dyümlük diaqonala malik ekran) nümayiş etdiriləcək. Şayiələrə görə, qurğuların ekranı sapfir şüşədən hazırlanacaq, yeni smartfonların arxa panelində “Apple”ın işıq saçan loqosunun olacağı, həmçinin, qurğunun NFC modulu ilə təchiz ediləcəyi deyilir.

Qeyri-rəsmi məlumatlara əsasən, “iPhone 6”-nın təqdimatı sentyabr ayında, satışların isə oktyabrda başlanması gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *