Azərbaycanda siqaret çəkən xanımlarla bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Azərbaycanda siqaret çəkən xanımlarla bağlı - Maraqlı Məlumat

Azərbaycanda siqaret çəkən xanımlarla bağlı

Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Bunu Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.

A.Hacıyev deyib ki, qadınlar çox hallarda siqaret çəkdiklərini gizlədirlər.

Onun sözlərinə görə, bu gün ölkədə uşaqlar arasında siqaret çəkməyin çox yayıldığını demək olmaz: “Siqaretin çəkilməsinə 40-50 yaşda başlanmır. Bu, çox nadir hallarda olur. Siqaret çəkməyə, əsasən, uşaq yaşlarında - 12-16 yaşlarında başlayırlar. Ona görə də uşaqlar arasında mübarizə tədbirlərinə bu yaşdan başlamaq lazımdır. Əks halda, siqaret çəkməyə başlayan şəxsin bu vərdişini tərgitdirmək çox çətin olur”.

Milli koordinator qeyd edib ki, erkən yaşlarda siqaret çəkməyə başlamağın əsas səbəblərindən biri uşaqların özlərini daha tez yaşda böyük hiss etmək istəyi ilə bağlıdır.

A.Hacıyev deyib ki, valideyn oğlan uşağının yanında siqaret çəkdikdə həmin uşaq siqaret çəkmə vərdişinə daha tez yiyələnə bilər. Oğlanların siqareti tez çəkməyə başlaması onların orqanizminin inkişafına da təsir göstərir: “Siqaret tüstüsünün təsiri siqaret çəkməyənlərə onu çəkənlərdən bir neçə dəfə çox təsir edir. Uşaqları siqaretdən qorumağın ən əsas yolu onların yanında siqaret çəkməməkdir. Siqaret tüstüsündə 400-dən çox təhlükəli maddə var. Əgər uşaq siqaret çəkənin yanında olsa, onlar uşağın tənəffüs yollarına daxil ola bilər. Ona görə də ev şəraitində uşaqların yanında siqaret çəkilməsini qadağan etmək lazımdır. Ancaq siqaretin övladına necə təsir edəcəyini ilk növbədə valideyn fikirləşməlidir”.

A.Hacıyev qeyd edib ki, tütünçəkməyə qarşı mübarizə tədbirləri kompleks şəkildə və dövlət dəstəyi ilə olsa, onun nəticəsi daha yaxşı olar.

Hazırda poliklinikalarda siqareti tərgitmək istəyənlər üçün xüsusi kabinetlərin açılması məsələsinin müzakirə edildiyini deyən koordinatorun sözlərinə görə, bu kabinetlərin açılması siqareti tərgitmək istəyən çox adama kömək edə bilər. Siqaret çəkilən yerlərin məhdudlaşdırılması, siqaretin qiymətinin bahalaşması, müxtəlif yerlərdə, o cümlədən restoran və kafelərdə siqaret çəkilməsinin qadağan edilməsi tütünçəkmə ilə mübarizədə effektiv olar. Ancaq bu yollar da əsasən siqaret çəkməyənləri onun təsirlərindən qoruya bilər. Sayı elə də az olmayan siqaret çəkən şəxslərə isə müəyyən müalicə proqramları kömək edə bilər.(Trend)

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *