Ana olmağa hazırlaşanlara 10 mühüm məsləhət » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

Ana olmağa hazırlaşanlara 10 mühüm məsləhət

Ana olmağa hazırlaşanlara 10 mühüm məsləhət

Hamilə qadınlar qidalanmadan tutmuş, geyimə kimi aşağıdakı 10 mühüm məsləhətə qulaq asmalıdırlar:

Təbii qidalar qəbul edin– C vitamini və kalsiumla zəngin olan qidalar qəbul edin. Süd, xama, pendir, ərik qurusu, qoz, fındıq, badam, yaşıl tərəvəzlər və s. bu vitaminlərlə zəngindir. Hətta bəzən əlavə kalsium həbləri də qəbul oluna bilər. Həftədə 2 dəfə balıq yeyilməli, gündə 2-3 stəkan süd içilməlidir.

Rahat geyinin– Bədəni sıxan geyimlərdən imtina edin. Hündürdaban ayaqqabılar yıxılma riski yaratdığına görə, düz və rahat ayaqqıbılara üstünlük verin.

İdman edin– Bu, hamiləlik zamanı çox önəmlidir. Lakin sizi yoran və fiziki güc tələb edən hərəkətlərə yol verməyin. Bu, erkən doğuş riskini artıra bilər. Hər gün təmiz havada gəzin. Ağır şeylər qaldırmayın.

Xüsusi rejimlə qidalanın– Az, amma tez-tez yeyin. Yeməyi asta yeməli, tikələri yaxşı çeynəməlisiniz. Qızardılmış təamlar yerinə, suda qaynadılmış, buxarda bişirilmiş xörəklərə üstünlük verin. Hər gün mütləq süd, qatıq və ya pendir yeyin.

Çəkinizi nəzarətdə saxlayın– Hamiləlik müddətində 10-12 kiloqram kökəlmək normaldır. Çəkinizin həddindən çox artmaması üçün şirin və yağlı məhsulları az qəbul edin, gündə 2 litr su için.

Dişlərinizin qayğısına qalın– Hamiləliyin əvvəlində müalicəyə ehtiyacı olan dişlərinizi həkimə göstərin. Yeməkdən sonra dişlərinizi fırçalayın. Hamiləliyin 4-cü ayından sonra hormonal dəyişikliklər səbəbindən diş ətində şişkinlik və həssasiyyət meydana gələ bilər. Belə hal bəzi qadınlarda diş əti iltihabına da çevrilir.

Müntəzəm olaraq təzyiqinizi ölçün– Yüksək təzyiq hamiləliyin əsas problemlərindən biridir. Turşulardan və duzlu yeməklərdən uzaq dayanın. Çay, qəhvə, kola kimi içkilərdən az istifadə edin.

Uzun yola çıxmayın– Daha çox yaxın məsafəli səyahətlərə çıxın. Uzun yola çıxan zaman isə hər 2 saatdan bir piyada gəzin. 32-ci həftəyədək təyyarəyə minmək olar.

Duş qəbul edərkən suyun temperaturunu düzgün tənzimləyin– Su həddindən çox isti və ya soyuq olmamlıdır. Hamiləliyin ilk aylarında vanna otağında sürüşmə və yıxılma ehtimalları nəzərə alınmalıdır. Üzgüçülüyün hər hansı bir fəsadı yoxdur. Sauna isə hamilə qadınlara qadağandır.

Spazmaları (damarların daralması) aradan qaldırmaq üçün əzələ masajı edin– 20-ci həftədən sonra bədənin müxtəlif hissələrində, daha çox isə ayaqlarda spazmalar meydana gəlir. Belə hal yaşanan zaman ağrı olmayan digər ayaqdakı eyni hissəni əlinizlə ovuşdurun. Bu zaman spazmalar sürətlə azalacaq. Daha sonra ayağınızı rahat şəkildə uzadaraq masaj edin.

//axsam.az

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *