Çılpaqkən gözəl görünməyin 14 yolu
Soyunduğunuzda sizi narahat edən hər nədirsə, bu, cinsi həyatınıza da mənfi təsir edəcək və sizi daha da məyus edəcək. Ümidsiz olmayın. Çılpaqkən gözəl görünməyin də yolları var.
AzNews.info ailəm.az-a istinadən həmin yolları təqdim edir.
İstini nəzarətdə saxlayın
Soyunmadan əvvəl otaq dərəcəsinin nə çox soyuq nə çox isti olmamasına diqqət edin. İsti olması sizi tərlədər, soyuq isə tüklərinizi biz-biz edər.
Xoş bir işıltı tapın
Makiyaj sizə özünüzü daha seksual hiss etdirə bilər, amma yataq dəstinizə bulaşmasını istəməssiz yəqin. Bunun üçün şık makiyajdansa, üzünüzə parlaqlıq verəcək nəmləndirici krem sürtün.
Qüsurları düzəldin
Bədəninizdəki ləkələrdən xilas olmaq üçün düzgün kosmetik vasitələrdən istifadə edin.
Düzgün işıqlandırma
Çılpaqkən yaxşı görünmək üçün otaqda yanan zəif bir işıq hər şeyi həll edəcək. Ağ işıqdansa, şam işıqlarına üstünlük verin.
İsti bir ətirdən istifadə edin
Gözəl görünmək üçün ətir də vacibdir. İsti, ədviyyatlı bir ətir həm sizə həm tərəfdaşınıza müsbət təsir edəcək.
Pilinq
Daha çox qış sezonunda dəriniz daha çox qurumağa, kobudlaşmağa meyilli olur. Həyat yoldaşınızın toxunduğu yerlərin yumşaq olmasını istəməzsiniz? Belə sizə toxunmaqda daha həvəsli olacaq. Pilinqdən sonra körpə yağı ilə dərinizi nəmləndirə bilərsiz.
Özünüzü əzizləyin
Əlləriniz və ayaqlarınız yaxşı göründüyündə özünüzü də rahat hiss edəcəksiz. Dırnaq boyasını da diqqətdən qaçırmayın.
Yeyib içdiklərinizə diqqət edin
Ürəyiniz istəyən hər şeyi yeyib, sonra soyunduğunuzda şiş bir qarınla rahat ola bilmərsiz.
Aksessuarlar
Çılpaq olmanız aksessuar istifadə etməniz anlamına gəlməz. Misal olaraq dikdaban ayaqqabılar ayaqlarınızın daha uzun və seksual görünməsinə kömək edəcək.
Dalğalı saçlar
Kişilər dalğalı saçlardan xoşlanırlar. Çiyninizə tökülən dalğalı saçlar onda toxunmaq hissi oyandıracaqdır. Saç spreyi ya lazım olmayan başqa saç məhsullarından istifadə etməyin.
İdman
Məcbur deyil, tərləyənə ya yorulana kimi idman edəsiniz. Adi idman hərəkətləri daha gözəl görünmənizə kömək edəcək.
Özünüzə güvənin
Son olaraq, əylənməyi unutmayın. Əgər gözəl və seksual olduğunuzu hiss edərsəniz, elə də görünəcəksiniz. Özünə inam ən seksual şeydir. Gülümsəməyi unutmayın.
Mənbə:> Ailem.Az