Rusiya təyyarəsi Londonda hava limanı əməkdaşının ayağının üstündən keçib
London Qatvik hava limanında qəribə hadisə baş verib. Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, “Rossiya” aviaşitkərinə məxsus A-319 təyyarəsi uçuşa hazırlaşarkən hava limanının əmıkdaşının ayağının üstündən keçib.
Yerli mətbuatın yazdığına görə, aeroport işçisinin təyyarəyə belə yaxın məsafədə olmasının səbəbi məlum deyil.
Hadisə nəticəsində hava limanının əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Maraqlıdır ki, bundan sonra təyyarədə də nasazlıqların olduğu müəyyənləşib və London – Sankt-Peterburq reysi gecikib.
Mənbə:> Virtualaz.org