Təyyarədə terror aktına görə hava limanının əməkdaşları saxlanıldı – VİDEO
Moqadişoda Somali hava limanının əməkdaşları Daallo aviaşirkətinin təyyarəsinin göyərtəsində terror aktı işi üzrə saxlanılıblar, CNN ölkə hökumətinin nümayəndəsi Abdisalam Aatoya istinadən xəbər verir.
Oxu.Az-ın məlumatına görə, Somalinin kəşfiyyat xidməti hava limanı əməkdaşlarından birinin digərinə noutbuk ötürdüyü videogörüntüləri yayıb.
İddia olunur ki, təyyarənin göyərtəsində məhz bu qurğunun partladığı iddia olunur.
Noutbuku təyyarənin göyərtəsinə partlayış zamanı həlak olmuş Əbdullahi Abdisalam Borleh keçirib.
O, partlayış zamanı təyyarənin korpusunda yaranmış dəliyə sovrulub.
İstintaq terror aktını “Əl-Qaidə”yə yaxın “Əş-Şabab” qruplaşmasının təşkil etdiyini ehtimal edir.
Xatırladaq ki, fevralın 2-də sərnişin təyyarəsi göyərtəsində baş vermiş partlayışla bağlı Moqadişoda təcili eniş edib.
Partlayış nəticəsində təyyarənin korpusunda dəlik əmələ gəlib. Üç nəfər xəsarət alıb. Daallo Airlines-ə məxsus təyyarənin göyərtəsində partlayışa səbəb bomba olub.
Mənbə:> Oxu.Az