Şarm-əl-Şeyxdə həbslər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

Şarm-əl-Şeyxdə həbslər

Şarm-əl-Şeyxdə həbslər


Misir hakimiyyəti Şarm-əl-Şeyx aeroportunun iki əməkdaşını saxlayıb, onlar Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsi A321-in göyərtəsində partlayıcı qurğunun yerləşdirilməsində şübhəli bilinirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Reyter agentliyi Misirin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“17 nəfər saxlanılıb, iki nəfər təyyarənin göyərtəsinə bombanın yerləşdirilməsinə aidiyyatı olmaqda şübhəli bilinir”,- mənbə bildirib.

Qeyd edək ki, Rusiya və sovet aviasiyasının tarixində ən iri qəza oktyabr ayının 31-də baş verib. Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 nəfər heyət üzvü olub. Onların hamısı həlak olub.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bunun terror aktı olduğunu bəyan edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *