London Rusiya təyyarəsini kimin partlatdığını açıqladı » AzNews.info -Xəbər portalı

London Rusiya təyyarəsini kimin partlatdığını açıqladı

London Rusiya təyyarəsini kimin partlatdığını açıqladı


“Koqalımavia” aviaşirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb çox güman ki, “İslam Dövləti”dir (İŞİD).

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin press-relizində deyilir.

“Hökumət Misirdə iki həftə öncə Metrojetdə aviaqəza ucbatından aviasiya təhlükəsizliyinə öz yanaşmasını dəyişdirməyi planlayır, belə ki, biz təyyarənin bomba partlayışı nəticəsində qəzaya uğradığını hesab edirik və bunun arxasında “İslam Dövləti”nin durması ehtimalı böyükdür”, - sənəddə deyilir.

Dauninq-Stritdən verilən məlumata görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron bazar ertəsi avia-təhlükəsizlik məsələlərini Rusiya prezidenti Vladimir Putin və digər dünya liderləri ilə Türkiyədə G20 sammitində müzakirə etməyi düşünür.

Bundan başqa, press-relizdə qeyd edilənə görə, Böyük Britaniya hökuməti Parisdəki terror aktlarından sonra xüsusi xidmət orqanlarının maliyyələşdirilməsinin həcmini artırmaq və əməkdaşların sayını 15% artırmaq niyyətindədir. Təhlükəsizlik xidməti və MI5, MI6 kəşfiyyatı, eləcə də Böyük Britaniya XİN-in nəzdində Dövlət Rabitə İdarəsinin əməkdaşlarının sayı 1,9 min nəfər artırılacaq.

Qeyd edək ki, oktyabr ayının 31-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub. Araşdırma aparılır.

Rusiya hakimiyyəti qəzanın əsas versiyası olmadığını bəyan etdikləri halda (belə ki, bütün variantlar nəzərdən keçirilir), KİV-də istintaq üzrə komissiyada olan müxtəlif mənbələrə, eləcə də bir sıra ölkələrin hökumətlərinə, o cümlədən də Böyük Britaniya hökumətinə istinadən təyyarənin qəzaya uğramasına səbəb kimi göyərtədə İŞİD və ya onunla əlaqədar olan təşkilatın yerləşdirdiyi bombanın partlaması göstərilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *