İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar

İŞİD yaraqlıları A321-in qəzaya uğramasına səbəb olmaları ilə lovğalanıblar


Suriyanın Rakka şəhərindəki “İslam dövləti” (İŞİD) terror qruplaşmasının liderləri və onların Sinay yarımadasındakı müttəfiqlərinin söhbəti zamanı Misir yaraqlıları Rusiya təyyarəsinin onların ərazisində qəzaya uğraması ilə lovğalanıblar.

Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalına ABŞ hakimiyyətinin anonim mənbəsi bildirib.

“Onlar bayram edirdilər”- mənbə deyib.

Onun sözlərinə görə, söhbət zamanı onlar təyyarənin qəzaya uğramasına lovğalanıb və bunu necə həyata keçirdiklərini bildiriblər.

Bundan əvvəl isə bildirilirdi ki, Rusiya Misirdə qəzaya uğramış, “Koqalımavia” şirkətinə məxsus A321 təyyarəsinin göyərtəsində partlayış faktını təsdiqləyən məlumata sahib deyil.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *